“Azərbaycanın turizm ensiklopediyası"nın hazırlanması qərara alınıb
18.11.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 85
“Azərbaycanın turizm ensiklopediyası"nın hazırlanması qərara alınıb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Turizm işi" kafedrasının növbəti iclası keçirilib. İclas zamanı kafedranın fəaliyyəti ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub.

Görüşün əsas müzakirə mövzularından biri kafedra müdiri Hafiz Hüseynov tərəfindən irəli sürülən "Azərbaycanın turizm ensiklopediyası" adlı toplunun hazırlanması təşəbbüsü olub. H.Hüseynov bu toplunun hazırlanmasının ölkə turizminin elmi-praktiki potensialının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb və xüsusi komissiyanın yaradılmasını təklif edib.

Kafedranın baş müəllimi Əlixan Mürvətov ensiklopediyanın yüksək səviyyədə ərsəyə gəlməsi üçün qarşıya qoyulan vəzifələrin vaxtında icra olunması üçün gələcək addımların əlaqələndirilmiş şəkildə atılmasının vacibliyini bildirib.

Təşəbbüs iştirakçılar tərəfindən müsbət qarşılanıb və məsələ ilə əlaqədar müvafiq komissiyanın yaradılması fikri təsdiqlənib.

İclasın yekununda gələcəkdə sözügedən toplunun ərsəyə gətirilməsi istiqamətində zəruri və müvafiq addımların atılması barədə qərar qəbul edilib.