Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq əlaqələrin inkişafı və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə 2026-cı il ərzində ATMU ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən Mərkəzi Asiya İnnovasiya Universiteti (Central Asian Innovation University) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İmzalanmış sənədlər tələbə və akademik heyətin mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, beynəlxalq layihələrdə iştirakı, eləcə də təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Sözügedən əməkdaşlıq ATMU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə və beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsinə xidmət edir.
Bu çərçivədə son 2 il ərzində ATMU ilə Qazaxıstan Respublikasında fəaliyyət göstərən Yessenov Universiteti və Turan Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycanca