Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması və tələbə biliklərinin qiymətləndirilməsi məqsədilə 2026/2027-ci tədris ili üzrə monitorinq prosesinə başlanılıb və davam edir.
Bu məqsədlə yaradılmış Monitorinq Komissiyasının üzvləri ilə “Təlim və tədris prosesinin monitorinqinin təşkili qaydaları”na uyğun olaraq görüş keçirilib.
Görüşdə ATMU-nun Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı monitorinqin təşkili, qaydaların məzmunu və tətbiqi mexanizmləri barədə ətraflı məlumat verib, komissiya üzvlərinin diqqətinə prosesin obyektiv və səmərəli həyata keçirilməsinin vacibliyini çatdırıb.
Prorektor təlim və tədrisin keyfiyyətinin yüksəldilməsində monitorinqin əhəmiyyətini vurğulayaraq, müəyyən edilmiş qaydalara riayət olunmasının vacibliyini qeyd edib. Eyni zamanda, qaydaların təkmilləşdirilməsi məqsədilə komissiya üzvlərini rəy və təkliflərini təqdim etməyə dəvət edib.
Qeyd edək ki, Monitorinq Komissiyası 2026/2027-ci tədris ili ərzində universitetdə təlim, tədris və tələbə biliklərinin qiymətləndirilməsi prosesinin monitorinqini həyata keçirir.
Azərbaycanca