AATP 2025: "Computational Thinking” fənni üzrə tədris prosesi yekunlaşıb
20.11.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 26
AATP 2025: "Computational Thinking” fənni üzrə tədris prosesi yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) AATP 2025 bakalavr qrupu üçün Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin Qlobal Təsir və Transformasiya İnstitutunun rəhbəri, Rəqəmsal Biznes İnnovasiyası və Transformasiyası proqramının direktoru Roger Hage tərəfindən tədris olunan “Computational Thinking” ("Hesablama düşüncəsi") fənni üzrə dərslər yekunlaşıb.

Blok həftə çərçivəsində tələbələr hesablama düşüncəsinin əsas prinsipləri, problemin təhlili, qanunauyğunluqların müəyyənləşdirilməsi, abstraksiya və alqoritmik dizayn metodları üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər. Tədris prosesi zamanı blok-sxemlər (flowcharts) və psevdokod (pseudocode) vasitəsilə alqoritmlərin hazırlanması, sınaqdan keçirilməsi və təkmilləşdirilməsi istiqamətində praktiki tapşırıqlar yerinə yetirilib.

Blok həftənin sonunda tələbələr əldə etdikləri bilik və bacarıqları əks etdirən təqdimatlarla çıxış edib, fənn üzrə final qiymətləndirmələrində iştirak ediblər.

Fənnin tədrisi tələbələrdə analitik və hesablama düşüncəsinin, sistemli yanaşmanın və problem həll etmə bacarıqlarının inkişafına, eləcə də müasir turizm sektorunda rəqəmsal həllərin tətbiqi ilə bağlı biliklərinin genişləndirilməsinə töhfə verib.

AATP ikili diplom proqramı çərçivəsində beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və müasir tədris yanaşmalarının tətbiqi tələbələrin beynəlxalq akademik mühitdə bilik və bacarıqlarının inkişafına xidmət edir.