Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq əlaqələrinin genişləndirilməsi və akademik əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə 2026-cı il ərzində ATMU ilə Qırğızıstan Respublikasının Yusup Balasaqun adına Qırğız Milli Universiteti (Jusup Balasagyn Kyrgyz National University) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum tələbə və akademik heyətin mübadiləsini, birgə elmi tədqiqatların həyata keçirilməsini, beynəlxalq layihələrdə iştirakı, eləcə də təhsil və elm sahələrində qarşılıqlı əlaqələrin inkişafını nəzərdə tutur.
Bu əməkdaşlıq ATMU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, akademik mübadilə imkanlarının artırılması və universitetin beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycanca