Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə 23–27 noyabr 2026-cı il tarixlərində Karyera Həftəsi keçiriləcək. Tədbirin məqsədi tələbələrin peşəkar inkişafını dəstəkləmək və onların əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək etməkdir.
Bir həftə ərzində sektorun aparıcı mütəxəssisləri, otel rəhbərləri və HR ekspertləri ilə görüşmək, karyera planlaması üzrə məşğələlərdə, sınaq müsahibələrində və əmək bazarının tələblərinə uyğun təlimlərdə iştirak etmək imkanınız olacaq. Uğurlu ATMU məzunları da öz təcrübələrini sizinlə bölüşəcək.
Karyerana doğru ilk addımı bugündən at!
Azərbaycanca