Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera Həftəsinin ilk günündə “Məzun paneli” baş tutub. Panel çərçivəsində tələbələrimiz uğurlu karyera yolu keçmiş məzunlarımızla bir araya gələrək onların peşəkar təcrübələrini, iş həyatına keçid mərhələlərini və karyera inkişafı istiqamətində qazandıqları təcrübələri dinləyiblər.
Panelin qonaqları olan 2008-2012-ci illər üzrə məzunu, Absheron Hotels Group / Dinamo Hotel, Əməliyyatlar şöbəsinin müdiri Əfsanə Babayeva və 2018-2022-ci illər üzrə məzunu, Unified Tax and Technology Businesses (UTB), biznes konsaltinq şirkəti, vergi və maliyyə mütəxəssisi Məryəm Cəfərova öz karyera hekayələrini, peşəkar fəaliyyətlərində qarşılaşdıqları çağırışları, bu çağırışların öhdəsindən gəlmə yollarını və universitet illərində qazandıqları bilik və bacarıqların bugünkü uğurlarına təsirini tələbələrlə bölüşüblər.
Səmimi müzakirələr, real karyera təcrübələri və faydalı tövsiyələrlə yadda qalan görüş tələbələrimiz üçün iş dünyasını daha yaxından tanımaq, gələcək karyera seçimlərini dəyərləndirmək və yeni perspektivlər qazanmaq baxımından əhəmiyyətli olub.
Azərbaycanca