Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafı və akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu istiqamətdə 2026-cı ildə ATMU ilə Özbəkistanın Daşkənd Beynəlxalq Universiteti (Tashkent International University) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin son iki il ərzində Özbəkistanın Fərqanə Dövlət Universiteti ilə də müvafiq əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanan memorandumlar tələbə və akademik heyətin mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, beynəlxalq layihələrdə iştirakı, eləcə də təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Özbəkistanın ali təhsil müəssisələri ilə qurulan tərəfdaşlıq əlaqələri ATMU-nun beynəlxalq akademik mühitə inteqrasiyası, yeni əməkdaşlıq imkanlarının yaradılması və beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanca