“Hotel idarəetmə mədəniyyəti” mövzusunda təlim keçirilib
24.11.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 65
“Hotel idarəetmə mədəniyyəti” mövzusunda təlim keçirilib

Karyera həftəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri üçün “Hotel idarəetmə mədəniyyəti” mövzusunda təlim təşkil olunub.

Təlim ATMU məzunu, Tabia Group portfelinə daxil olan “Chenot Palace Gabala” və “Shamakhi Palace Sharadil” hotellərinin təlim və inkişaf üzrə mütəxəssisi Murad Sultanov tərəfindən keçirilib.

Təlim zamanı hotelçilik sahəsində idarəetmə mədəniyyəti, xidmət keyfiyyətinin yüksəldilməsi, peşəkar yanaşma və müasir hotelçilik sektorunun tələbləri barədə tələbələrə ətraflı məlumat verilib.

Belə görüşlər tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə zənginləşdirilməsinə, sektor nümayəndələri ilə əlaqələrinin qurulmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə töhfə verir.