Təlim: “Süni intellekt və fərdi məlumatların mühafizəsi”
24.11.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 49
Təlim: “Süni intellekt və fərdi məlumatların mühafizəsi”

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Milli Kibertəhlükəsizlik Agentliyi və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) əməkdaşları tərəfindən ATMU tələbələri üçün “Süni intellekt və fərdi məlumatların mühafizəsi” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı süni intellekt texnologiyalarının müasir dövrdə tətbiqi, yaratdığı imkanlar, rəqəmsal mühitdə təhlükəsizlik riskləri, fərdi məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri barədə tələbələrə ətraflı məlumat verilib.

Tələbələr üçün interaktiv müzakirə şəraitində təşkil olunan təlim onların rəqəmsal savadlılığının artırılmasına, süni intellektdən məsuliyyətli istifadənin təşviqinə və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması istiqamətində bilik və bacarıqlarının inkişafına töhfə verib.