Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera həftəsi çərçivəsində turizm və qonaqpərvərlik sektorunda karyera imkanlarına həsr olunmuş görüş keçirilib.
“Turizm sahəsində karyera planlaması” mövzusunda baş tutan görüşdə Hilton Baku-nun rəhbər və insan resursları nümayəndələri tələbələrlə öz peşəkar təcrübələrini bölüşüblər.
Hilton Baku Hotelinin baş meneceri Erhan Gürsel turizm və hotelçilik sahəsində öz karyera yolu, peşəkar təcrübələri, sektorda qarşılaşdığı imkanlar və inkişaf perspektivləri barədə danışıb.
Hotelin HR meneceri Aynur Ağayeva işə qəbul prosesinin xüsusiyyətləri, CV hazırlanması, müsahibə mərhələləri və işəgötürənlərin namizədlərdən gözləntiləri ilə bağlı tələbələrə praktiki tövsiyələr verib.
Görüş tələbələr üçün sektorun peşəkarları ilə birbaşa ünsiyyət qurmaq, real iş təcrübələrindən faydalanmaq və gələcək karyeralarına istiqamət vermək baxımından əhəmiyyətli platforma olub.
Azərbaycanca