“Ürəkdən Qana” – Bilik, empatiya və sosial məsuliyyət bir arada!
26.11.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 78
“Ürəkdən Qana” – Bilik, empatiya və sosial məsuliyyət bir arada!

Karyera Həftəsi çərçivəsində “Ürəkdən Qana” təşəbbüsü ilə qan və irsi qan xəstəlikləri, onların profilaktikası, eləcə də bu xəstəliklərin yaratdığı sosial və iqtisadi təsirlər haqqında müstəqil tədqiqatçı (moderator) Əfsanə Tahirova, layihə rəhbəri Ayşən Abdullayeva, həkim-hematoloq Svetlana, Fətiyeva, psixoloq Mustafa Keskin iştirakı ilə maarifləndirici interaktiv panel müzakirəsi keçirilib.�Panel zamanı sahə üzrə mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüb, şəxsi hekayələr və real həyat təcrübələri vasitəsilə mövzuya daha yaxından toxunulub. İştirakçılar suallarını ünvanlamaq, fikir mübadiləsi aparmaq və qan xəstəlikləri ilə bağlı daha dolğun məlumat əldə etmək imkanı qazanıblar.

Bu görüş bir daha göstərir ki, karyera inkişafı yalnız peşəkar bilik və bacarıqlarla məhdudlaşmır, həm də sosial məsuliyyət, empatiya və cəmiyyətə faydalı olmaqdan keçir.

Maariflənən gənclik daha həssas və sağlam cəmiyyətin təməlidir!