İşə qəbul sirləri və namizəd seçimi - HR-ın gözü ilə
26.11.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 18
İşə qəbul sirləri və namizəd seçimi - HR-ın gözü ilə

Karyera Həftəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində HR mütəxəssisi Sevinc Nəcəfova ilə tələbələrimizin görüşü keçirilib.

Səhiyyə, media, istehsalat, satış və xidmət sektorlarında 10 ilə yaxın təcrübəyə malik S.Nəcəfova işə qəbul prosesinin pərdəarxasına nəzər salaraq, işəgötürənlərin CV-ləri necə dəyərləndirdiyi, müsahibə zamanı namizədlərdə hansı keyfiyyətləri axtardığı və seçim prosesində nələrin həlledici olduğu barədə təcrübəsini bölüşüb.

Görüş çərçivəsində tələbələr üçün simulyativ müsahibə də təşkil olunub. Praktiki məşğələ zamanı iştirakçılar real iş müsahibəsi mühitini təcrübədən keçirərək özlərini təqdim etmək, suallara cavab vermək və işə qəbul prosesində daha inamlı olmaq bacarıqlarını sınamaq imkanı əldə ediblər.

CV hazırlamaqdan müsahibədə özünü təqdim etməyə, işəgötürənin gözləntilərindən namizəd seçimində diqqət yetirilən məqamlara qədər - görüş tələbələrimiz üçün faydalı bilik və praktiki təcrübə ilə yadda qalıb.