Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq akademik inteqrasiya istiqamətində yeni əməkdaşlıq imkanları yaradır.
2026-cı ildə bu istiqamətdə atılan növbəti addım ATMU ilə Qazaxıstanın Beynəlxalq Turizm və Qonaqpərvərlik Universiteti (International University of Tourism and Hospitality) arasında əməkdaşlıq haqqında memorandumun imzalanması olub.
Sənəddə tələbə və akademik heyət üçün mübadilə proqramlarının həyata keçirilməsi, birgə elmi tədqiqatların təşkili, beynəlxalq layihələrdə iştirak, eləcə də təhsil və elm sahələrində təcrübə mübadiləsi əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib.
Qeyd edək ki, son iki ildə ATMU Qazaxıstanın Yessenov və Turan universitetləri ilə də əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
Qazaxıstanın ali təhsil müəssisələri ilə qurulan tərəfdaşlıq əlaqələri ATMU-nun beynəlxalq akademik mühitdə mövqeyinin möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.
Azərbaycanca