Karyera Həftəsi çərçivəsində Travacco seminarı
27.11.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 16
Karyera Həftəsi çərçivəsində Travacco seminarı

Karyera Həftəsi çərçivəsində tələbələrimiz üçün “Turizm biznesinin rəqəmsal idarə edilməsi: Travacco” mövzusunda seminar təşkil olunub.

Seminar zamanı iştirakçılar turizm sektorunda rəqəmsal həllərin əhəmiyyəti, Travacco platformasının imkanları və turizm biznesinin idarə edilməsində texnologiyanın rolu ilə tanış olublar.

Tədbir çərçivəsində satış və rezervasiyaların idarə edilməsi, müştəri münasibətləri (CRM), maliyyə və hesabatlılıq, proseslərin avtomatlaşdırılması, eləcə də əməkdaşların fəaliyyətinə nəzarət kimi mövzular müzakirə edilib.

Bu seminar tələbələrimizin turizm sahəsində müasir trendləri daha yaxından tanımalarına, rəqəmsal bacarıqlarını inkişaf etdirmələrinə və gələcək karyeralarına daha hazırlıqlı addım atmalarına töhfə verib.