ATMU-da Karyera həftəsi çərçivəsində turizm və qonaqpərvərlik sektorunda karyera imkanlarına həsr olunmuş görüş keçirilib.
Görüşün qonağı TABİA GROUP – “Badamdar Hotel & Residence”in əməliyyatlar üzrə direktoru Teymur Axundov olub.
Görüş zamanı turizm və qonaqpərvərlik sahəsində karyera qurmağın yolları, sektorun tələb etdiyi peşəkar bacarıqlar, iş mühitinin xüsusiyyətləri və ilk iş təcrübəsinin əldə olunması barədə ətraflı müzakirələr aparılıb. Tələbələr real sektor təcrübəsi, karyera inkişafı və gələcək peşə imkanları ilə bağlı suallarını ünvanlamaq, praktiki tövsiyələr əldə etmək imkanı qazanıblar.
Belə görüşlər tələbələrin əmək bazarını daha yaxından tanımalarına, peşəkar perspektivlərini müəyyənləşdirmələrinə və gələcək karyera yollarını daha inamla planlaşdırmalarına töhfə verir.
Azərbaycanca