ATMU tələbələri iqlim və dayanıqlı inkişaf mövzusunda görüşdə
27.11.2026
Sosial idarəetmə fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 19
ATMU tələbələri iqlim və dayanıqlı inkişaf mövzusunda görüşdə

Bakı Slavyan Universitetində “COP29-dan sonra: Gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişafa töhfəsi” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirilib.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Sosial idarəetmə fakültəsi""nin "Beynəlxalq münasibətlər" ixtisası üzrə II kurs tələbələri də qatılıblar.

Görüşdə COP29-un beynəlxalq əhəmiyyəti, Azərbaycanın iqlim diplomatiyası, dayanıqlı inkişaf istiqamətində beynəlxalq səylər, eləcə də iqlim öhdəliklərinin həyata keçirilməsində gənclərin rolu müzakirə olunub.

Qeyd edək ki, bu kimi tədbirlər tələbələrin qlobal çağırışlar barədə məlumatlılığının artırılması, ekoloji məsuliyyət hissinin formalaşdırılması, beynəlxalq proseslərə marağının gücləndirilməsi və peşəkar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.