SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.02.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 280
ATMU-da“Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib

 

     Azərbaycan Turizm və Menrcment Universitetinin Turizm biznesi kafedrasının nəzdindəki “Qarabağ Turizm dərnəyi”nin təşkilatçılığı ilə ali təhsil müəssisəsində MS Teams platformasında onlayn “Qarabağ Azərbaycandır!” adlı diskussiya keçirilib. Diskusiyaya universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı t.ü.f.d., dos. Bahadur Bilalov, adıçəkilən kafedranın əməkdaşları və Qarabağ regionu üzrə magistrant- tədqiqatçılar qatılıblar. Kafedra müdiri f.ü.f.d., dos. Hafiz Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə müzəffər Azərbaycan ordusunun yüksək döyüş əzmi və tarixi qələbəsindən danışıb. Eyni zamanda dövlət başçımız Cənab İlham Əliyevin xüsusilə həmin dövrdə siyasi və diplomatik fəaliyyətini konkret faktlarla şərh edib. Turizm biznesi kafedrasının baş müəllimi, “Bakı Turizm Ekskursiya” Agentliyinin direktoru Əlixan Mürvətov işğaldan əvvəl- vaxtilə Qarabağa təşkil olunan səfər xatirələrini diqqətə çatdırıb. Qarabağ ərazisinə yeni turist marşrutlarının və ekskursiya mövzularının işlənib hazırlanmasının məqsədəuyğun olduğunu bildirib. Tədbirin daha bir iştirakçısı-kafedranın saathesabı müəllimi, bələdçi, p.ü.f.d. Gülşən Abbasova tədbir iştirakçılarını Qarabağın tarixi-mədəni abidələri haqqında məlumatlandırıb.