SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
23.02.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 337
“Life Beyond Tourism” hərəkatına həsr olunan onlayn tədbir keçirilib

Romualdo Del Bianko Fondu İtaliya Respublikasında fəaliyyət göstərən nüfuzlu və qabaqcıl təşkilatlardan biri olub, mədəni irs, mədəni turizm və mədəniyyətlərarası dialoq çərçivəsində beynəlxalq tədbilərin təşkili, elmi araşdırmaların aparılması və sair istiqamətlərdə fəaliyyət göstərir. 4 il əvvəl başlanan əməkdaşlıq əlaqələri sayəsində universitetin nümayəndələri tərəfdaş təşkilatın təşkil etdiyi tədbir və sərgilərə qatılıb, uyğun mövzulu müzakirələrin iştirakçısı olublar.

Bu il fevralın 22-də təşkil edilən online tədbirdə ilk dəfə olaraq Romualdo Del Bianko Fondunun rəsmi şəxsləri də yer alıblar. İlk öncə ATMU təmsilçiləri Fondun fəaliyyəti ilə tanışlıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov ATMU və Fond arasında mövcud olan əməkdaşlığın perspektivlərindən, İtaliya və ölkəmiz arasında gündən-günə inkişaf edən əlaqələrin yeni mərhələlərindən bəhs edib. Fond və ATMU arasında nəzərdə tutulan yeni layihə çərçivəsində universitet tələbələrinin də ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin turizm imkanlarının tanıtımında iştirakı xüsusi dəyərləndirilib. Rektor İlham Mədətov tərəfdaş Fondun “Qlobal pandemiya sonrası turizm destinasiyalarında həyatın yenidən canlandırılması” adlı müxtəlif online tədbirlərin təşkilinn təsadüf olmadığını deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə ATMU tələbələrinin 2020-ci ilin 8 noyabr tarixində şanlı ordumuz tərəfindən işğaldan azad edilən Şuşa şəhərinin yeni turizm destinasiyası kimi tanıdılması istiqamətinə cəlb olunması həm önəmli, həm də məsuliyyətlidir.