SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.03.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 361
“Beynəlxalq Mülki Müdafiə Günü” mövzusunda onlayn tədbir keçirilib

 

Martın 1-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümumdünya Mülki Müdafiə Təşkilatının tədbirlər planına uyğun olaraq “Beynəlxalq Mülki Müdafiə Günü” mövzusunda onlayn tədbir keçirilib.

Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi online tədbirdə ATMU-nun mülki müdafiə qərargahının rəisi, Elm və İnkişaf məsələləri üzrə prorektor, professor İranə xanım Əliyeva çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1 mart Ümumdünya Mülki Müdafiə günüdür və bununla bağlı hər il dünyanın əksər ölkələrində tədbirlər keçirilir, insanlar bu istiqamətdə maariflənirlər. Azərbaycan 1993-ci ildən Ümumdünya Mülki Müdafiə Təşkilatına üzvdür və dövlət olaraq vətəndaşlarının təhlükəsizliyini hər zaman diqqətdə saxlayır. O cümlədən, ATMU-da da təhlükəsizlik tədbirlərinə dair tədbirlər keçirilir.

Digər iştirakçılar son illər dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığını qeyd edərək, fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmasının vacibliyini vurğulayıblar.