SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Beynəlxalq sosial iş gününə həsr olunmuş onlayn müzakirə
11.03.2021
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 767
Beynəlxalq sosial iş gününə həsr olunmuş onlayn müzakirə

09.03.2021-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Beynəlxalq sosial iş gününə həsr olunmuş “Azərbaycanda sosial iş sahəsinin inkişafı və beynəlxalq təcrübə” adlı onlayn müzakirə keçirilmişdir. Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının professor-müəllim heyəti, Böyük Britaniyanın Şeffild Universitetinin Sosial elmlər fakültəsinin tədqiqatçısı Nuranə Həsənova və Sosial menecment fakültəsinin “sosial iş” ixtisasında təhsil alan tələbələri iştirak etmişdir.

Tədbirin açılışını Beynəlxalq münasibətlər kafedrasının müdiri dos. Cənnətxan Eyvazov etdi. O, Azərbaycanda sosial problemlərin həll olunmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğuladı. Daha sonra Böyük Britaniyanın Şeffild Universitetini təmsil edən Nuranə Həsənova mövzu ilə bağlı çıxış etdi. O, məruzəsində sosial iş sahəsində qabaqcıl beynəlxalq təcrübədən, onun Azərbaycanda tədbiqi məsələlərindən, habelə bu sahənin öyrənilməsi üçün müxtəlif proqramların imkanlarından söz açdı. Kafedranın əməkdaşları dos. Yalçın Abdulla, t.ü.f.d. Nadir Bədəlov və müəllim Nərgiz Əliyeva çıxışlarında Azərbaycanda sosial iş sahəsində mövcud vəziyyətlə əlaqədar fikirlərini bildirdilər. Tədbirin yekununda mövzu ilə əlaqədar tələbələrin sualları cavablandırıldı.