
Əziz tələbə və məzunlar,
Sizləri yeni layihəmizə dəvət edirik. "Business Talks" layihəsi çərçivəsində biznes mühitində inkişaf və müxtəlif istiqamətli yeni tələblər haqqında danışılacaq. İlk qonağımız BP-nin Yaxın Şərq və Xəzər Regionunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli "Biznes mühitində fərdi inkişaf və karyera" mövzusunda sizinlə öz təcrübəsini bölüşəcək.
Təqdimat 6 Aprel, 16:00-da ZOOM üzərindən həyata keçiriləcək. Tədbirin bir saat keçirilməsi nəzərdə tutulub. Qeydiyyatdan keçərkən e-mail ünvanınızı düzgün qeyd etməyiniz xahiş olunur.
Tədbir ödənişsizdir və sertifikat nəzərdə tutulmur.
Qeydiyyat üçün link: https://rb.gy/jhhgpi