Peşəkar inkişaf təlimi
16.04.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 289
Peşəkar inkişaf təlimi

ATMU-nun I kurs tələbələrinin nəzərinə,

Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən I kurs tələbələrinin peşakar inkişafı üçün müxtəlif mövzular üzrə təlimlər keçiriləcək. Təlim proqramına qoşulmaqla siz “Ünsiyyət bacarıqları”, “Yaradıcı düşüncə”, “Korporativ e-maildən istifadə qaydaları”, “Akademik etika” və “Liderlik” mövzuları ilə bağlı vacib və faydalı məlumatlar əldə edəcək, praktiki əhəmiyyətli biliklər qazanacaqsınız.

Təlim günləri: 19-23 aprel 2021-ci il

Qeydiyyat hiperkeçidi: https://rb.gy/negjbx

Qeydiyyatdan keçən tələbələrə təlim proqramının gündəliyi göndəriləcək.

Qeyd: Bütün təlimlərdə iştirak etmiş və yoxlama suallarını uğurla cavablandıran tələbələrə sertifikat veriləcək.

Hər hansı sualınız olarsa, v.bakirova@atmu.edu.az e-mail ünvanına müraciət edə bilərsiniz.