"Biznesə başlamaq üçün hüquqi addımlar"
21.04.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 342
"Biznesə başlamaq üçün hüquqi addımlar"

Əziz tələbə və məzunlar,

Sizləri "Business Talks" layihəsinin növbəti görüşünə dəvət edirik. 24 Aprel saat 12:00-da ZOOM üzərindən həyata keçiriləcək görüşümüzün qonağı Sona Səlimli-Ələsgərova "Biznesə başlamaq üçün hüquqi addımlar" barədə sizlərə təqdimatını edəcək. Qeyd edək ki, Sona xanım LEGALAİD hüquq şirkətinin təsisçisi və icraçı direktorudur.

Tədbir ödənişsizdir və sertifikat verilmir. Tədbiri yalnız ZOOM ilə qoşulmaqla izləyə biləcəksiniz. Canlı yayımlanmayacaq.

Zoom linki yalnız qeydiyyatdan keçənlərə göndərilir. Tədbirə qoşulmaq üçün heç bir məhdudiyyət yoxdur.

Tədbirin bir saat keçirilməsi nəzərdə tutulub. Qeydiyyatdan keçərkən email ünvanınızı düzgün qeyd etdiyinizə əmin olun.

Qeydiyyat üçün link: https://rb.gy/5nkk0c