
Aprel ayının 22-də Rusiyanın Rostov şəhərində yerləşən “Cənub Federal Universiteti”ində tələbələr, aspirantlar və gənc tədqiqatçılar üçün “Turizm-rekreasiya komlekslərinin dövlət və bələdiyyə idarəetməsi: rusiya və xarici təcrübə” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın işində Azərbaycan Turizm və Menecment Universitetini Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov iştirak edirdi. Dekan Bahadur Bilalovun Plenar iclasda “Azərbaycan Respublikasında turizmin dövlət idarəedilməsi” mövzusunda məruzəsi maraqla dinlənilib.