SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.04.2021
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 196
ATMU-da I kurs tələbələri üçün “Peşəkar inkişaf” təlimləri başa çatdı

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birinci  kurs tələbələrindən ötrü ali təhsil müəssisəsində təşkil olunan “Peşəkar inkişaf” adlı təlimlərə yekun vurulub.  5 gün davam edən təlim prosesində PAŞA Bank ASC-nin Korporativ idarəetmə və hesabatlılıq departamentinin baş mütəxəssisi, ABŞ-ın Mərkəzi Florida Universitetinin doktorantı, debat və soft skills təlimçisi Fidan Sideifzadə, Etika Akademiyasının təsisçisi və rəhbəri, Britaniyanın Kommersiya Menecmentlik İnstitutunun “İnsan resurslarının idarəedilməsi” üzrə məzunu, Azərbaycan Qızıl Ayparı Cəmiyyətinin Gəlir və gəlir  mənbələrinin artırılması şöbəsinin müdiri Günel İbrahim,  ATMU-nun layihələr üzrə mütəxəssisi, Layihələrin idarə edilməsi üzrə sertifikatlı mütəxəssis Vəfa Bəkirova, Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini, Türkiyə Respublikasının Süleyman Demirel Universitetinin doktorantı Fərid Cabbarlının “Ünsiyyət bacarıqları”, “Korporativ e-maildən istifadə qaydaları”, “Akademik etika” və “Liderlik” mövzularındakı çıxışları iştirakçı-tələbələr tərəfindən maraqla dinlənilib. Təlimlərin son sorğu-sual(quiz) mərhələsində fəallığı ilə fərqlənən tələbələrə sertifikatlar verilib.