"Korporativ satışların əsasları"
03.05.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 122
"Korporativ satışların əsasları"

ATMU tələbə və məzunlarının nəzərinə!

Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Beynəlxalq Bankı arasındakı əməkdaşlığa əsasən "Qoşa Saat" layihəsinin növbəti buraxılışı Universitet tələbələri üçün təşkil olunacaqdır. 05 may saat 15:00-da Zoom platforması vasitəsi ilə baş tutacaq görüşümüzün qonağı Azərbaycan Beynəlxalq Bankının Korporativ müştərilərlə iş şöbəsinin müdiri Taleh Abbasovdur. O "Korporativ satışların əsasları" mövzusunda çıxış edəcək.

“Bilikli nəsil, zəngin dövlətin bünövrəsidir” şuarı altında keçirilən zoom görüşümüzdə iştirak üçün bu linkdən qeydiyyatdan keçməyiniz kifayətdir:

https://ibar.zoom.us/j/92660366141

Meeting ID: 926 6036 6141