SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 255
“Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib

Bakı Biznes Universitetində“Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda Rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib.

Açılışa Azərbaycanın 15 universitetinin rektorları və uyğun sturuktur rəhbərləri, eləcə də digər nüfuzlu qonaqlar qoşulub.

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Beynəlxalq əlaqələr, Keyfiyyətin təminatı və akkreditasiya şöbəsi, Elm və innovasiya şöbələrinin rəhbər şəxsləri və mütəxəssisləri də iştirak ediblər.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışı zamanı tədbirin əhəmiyyətindən, beynəlxalq layihələrdə iştirakın universitetlərə yaratdığı imkanlardan detallı danışıb və bu kimi layihələrin davamlı olmasını arzu edib. Eyni zamanda layihələrin hazırlanması və icrası, qarşıya çıxan problemlərin daha tez həlli ilə bağlı tövsiyələrin və təcrübənin paylaşılması baxımından tədbirin əhəmiyyətli olduğunu vurğulayıb. İ. Mədətov rektorları bir araya gətirən və təhsildə potensialın gücləndirilməsi,o cümlədən inkişafını hədəfləyən layihəni yenilik kimi dəyərləndirib. Layihənin koordinatoru Gülşən Bayramova isə iştirakçılara “Azərbaycanda Rektorlar konfransı”layihəsinin hazırlanması prosesi və görüləcək işlər barədə geniş məlumat verib.

Sual-cavab sessiyası və müzakirələrin gedişatında bir sıra təkliflər irəli sürülüb. Həyata keçirilən layihələrin universitetlərarası əməkdaşlığa və təhsilin keyfiyyət faktoruna zəmin yaradacağına əminlik bildirilib.