SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
07.05.2021
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 184
"ATMU Məzun paneli" adlı onlayn tədbir keçirildi

Azərbaycan Turizm və Menecment Universitetində 06.05.2021-ci il tarixində universitet məzunlarını bir araya gətirən “ATMU Məzun Paneli” adlı onlayn tədbir baş tutdu. Müzakirə formatında baş tutan görüşdə Universitetin məzunları çıxış edərək öz fəaliyyət sahələri ilə bağlı təcrübələrini bölüşdülər.

Tədbirdə “Azərbaycanda Otel sahəsinin bugünki vəziyyəti, reallıqlar və perspektivlər”, “Pandemiya dövründə turizmin üzləşdiyi problemlər və həlli yolları”, "Turizm bələdçisi, Peşəkar Turizm Bələdçiləri Assosiassiyaları və yeni strategiyalar”, “Turizmin inkişafında düzgün məzmunun rolu”, “Otel İdarəçiliyi və Krizis Menecment” və “Turizmdə peşəkar kadrların yetişdirilməsində ali təhsilin rolu” kimi mövzular ətrafında maraqlı müzakirələr aparıldı.

Görüşün sonunda məzunlarımız digər iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırdılar.

“ATMU məzun paneli”nin davamlı olması planlaşdırılır.