SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
16.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 565
“İnkişaf etməkdə olan bazarlarda iş etikası” mövzusunda ustad dərsi təşkil olunub

Azərbaycan Turizm və Menecment Universiteti ilə Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti arasında onlayn tədbir olub. Onlayn tədbir Azərbaycan Turizm və Menecment Universiteti, Avstriya Respublikasının IMC Krems Tətbiqi Elmlər Universiteti və Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti arasındakı yeni əməkdaşlıq müqaviləsinə əsasən keçirilib. Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universitetinin əməkdaşları Otabek Kasimov və Ahmed Aziz tərəfindən Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində təhsil alan tələbələr üçün “İnkişaf etməkdə olan bazarlarda iş etikası” mövzusuna dair ustad dərsi iştirakçılar tərəfindən maraqla dinlənilib.

Onlayn tədbir tələbələrin çoxsaylı suallarına mütəxəssis cavablari ilə yekunlaşıb.