
Əziz Azərbaycan-Avstriya Turizm Proqramının I kurs tələbələri,
Sizi Erasmus+ Proqramı çərçivəsində növbəti qış semestrində Avstriyada IMC Krems Universitetində təhsil almağa dəvət edirik!
• Yalnız 3 tələbə iştirak etmə şansı əldə edəcək;
• 5 ay üçün ödəniş: 4250 Avro (850 Avro/ Ay) – 70% öncədən, 30% proqramın sonunda imtahan nəticələri bəlli olduqdan sonra ödənilir;
• Əlavə olaraq 360 Avro ümumi səyahət xərcləri üçün nəzərdə tutulub;
• Seçim qərarı tələbənin AATP proqramında birinci semestr Ümumi Orta Müvəffəqiyyət Göstəricilərindən (ÜOMG) asılıdır.
Son müraciət tarixi: 31.05.2021
Əlavə məlumat üçün e.hajiyeva@atmu.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.