SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 171
“Ermənistanın müharibə cinayətləri və Qarabağ Zəfərinin təsirləri” adlı beynəlxalq onlayn tədbir keçirildi

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyə Respublikasının Ankara Universitetinin dəstəyi ilə “Ermənistanın müharibə cinayətləri və Qarabağ Zəfərinin təsirləri” adlı beynəlxalq tədbir olub. Beynəlxalq tədbirin təşkilində başlıca məqsəd 44 günlük Vətən müharibəsində qazanılan qələbənin təsirlərinin və təcavüzkar ölkənin cinayət əməllərinin akademik səviyyədə gündəm- müzakirəsindən ibarət idi. Adıkeçən beynəlxalq tədbir Ankara Universitetinin rektoru, Necdet Ünüvarın və ATMU rektoru İlham Mədətovun çıxışları ilə başladı. Hər iki ali təhsil müəssisəsinin rəhbəri “1 millət 2 dövlət” şüarının 44 günlük Qarabağ müharibəsində bir daha təsdiqindən söz açdılar. Ermənistanın müharibə cinayətləri və bütünlükdə Vətən müharibəsinin region üçün təhlükəli təsirlərinə dair fikir mübadiləsi apardılar.

Ölkəmizin Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xəzər İbrahim tədbirə qatılaraq Azərbaycan – Türkiyə münasibətlərindən və xüsusən Vətən müharibəsi və onun nəticələrindən danışdı. Beynəlxalq tədbirdə ATMU –nun professoru Məhərrəm Zülfüqarlı və eləcə hər iki qardaş ölkədən bir çox mütəxəssislər uyğun mövzu haqqında məruzələr ilə çıxış ediblər. Müzakirə predmeti olan önəmli mövzulardan biri də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Erdoğanın mədəniyyət paytaxtımız Şuşa şəhərinə gözlənilən səfəri və bu səfərin əhəmiyyəti haqqında idi. Beynəlxalq tədbirin yekunu olaraq böyük tarixi ənənənlərə söykənən Azərbaycan – Türkiyə qardaşlığının bundan sonrada daima inkişaf edəcəyinə əminlik ifadə olunub.

Qeyd etmək lazımdır ki, 2019 – cu ildən Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Türkiyə Respublikasının Ankara Universiteti arasında Mövlanə Mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam edir.