SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 126
ATMU-da Erasmus+EQAC layihəsinin monitorinqi başa çatdı

Keyfiyyət təminatını kollektiv dəyər kimi qəbul edən Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), bu sahədə beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ Ali təhsildə potensialın artırılması proqramını şərtləndirən bir sıra layihələri bu ali təhsil müəssisədə icrasını həyata keçirir.

Belə layihələrdən biri - 2018-ci ildən universitetdə həyata keçirilən Bakı Biznes Universitetinin (BBU-nun) koordinasiyası ilə reallaşdırılan “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi, EQAC” layihəsidir. Sözügüdən layihə çərçivəsində ATMU-da monitorinq keçirilib. EQAC layihəsinin koordinatoru Gülşən Bayramova, Litvanın Tətbiqi Elmlər Universiteti və Azərbaycan Kooperasiya Universitetinin nümayəndələrindən ibarət Monitorinq komissiyası, eləcə də Erasmus+ Milli Ofisin nümayəndəsinin qatıldığı monitorinq layihə dövrü ərzində həyata keçirilən fəaliyyətlərin icrası və layihənin son ili üzrə nəticələrin yekun qiymətləndirilməsinə həsr olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Zaur Bağırov, rektor müşaviri Elvin Yusifli, ATMU tərəfindən EQAC layihəsinin meneceri, Elmi innovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova, o cümlədən Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Muxtar Hüseynov və mütəxəssisi Bəhruz İsgəndərov Monitorinq komissiyasının üzvlərinə universitet tərəfindən keyfiyyət təminatı istiqamətində qazanılan nəticələrbarədə məlumat veriblər. Eyni zamanda ATMU tərəfindən adları qeyd olunan layihə iştirakçıları uyğun sualları cavablandırıblar.

Monitorinqin davamında Elvin Yusifli və Karyera və kommunikasiya şöbəsinin müdir əvəzi Səidə Məmmədova EQAC layihəsinin ATMU ilə yanaşı benefisiarları olan Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Univeristetində keçirilən görüşlərdə Monitorinq komissiya üzvləri statusunda iştirak etdilər.