AKADEMİK HEYƏTİN İŞƏ QƏBUL MÜSABİQƏSİ
01.06.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 938
AKADEMİK HEYƏTİN İŞƏ QƏBUL MÜSABİQƏSİ

Azərbaycan Turizm və Menecment Universiteti 2021/2022-ci tədris ili üçün müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Müsabiqə üç mərhələdən ibarət olacaqdır:

· Sənədlərin qəbulu;

· Müsahibə;

· Sınaq dərs.

Namizədlərə aid tələblər:

1. Fənn blokuna uyğun magistratura təhsili (MBA istisna olmaqla);

2. Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları;

3. Tələbə-yönümlü tədris metodikası;

4. Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.

Tələb olunan sənədlər:

· Tam cavablandırılmış müraciət və sillabus formaları;

· Şəxsiyyət vərəqəsinin elektron surəti;

· Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər)

Namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:

Fənn blokları

Müraciət forması

Silabus forması

Namizədlərdən tələb olunan sənədləri hr@atmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 iyun 2021-ci ildir.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya hr@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd: Müraciət üçün müəyyən olunmuş son tarixdən gec göndərilən müraciətlərə baxılmayacaqdır.