SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
02.06.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 92
“Müasir idarəetmə elmi: dünya tendensiyaları və milli aspektlər” mövzusunda dəyirmi masa keçirmişdir

Azərbaycan Turizm və Menecment Universitetində “Müasir idarəetmə elmi: dünya tendensiyaları və milli aspektlər” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə Universitetin professor müəllim heyəti, sənaye əməkdaşları, doktorant və dissertantlar, magistrantlar iştirak etmişdir. Giriş sözü ilə kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Arzu Alim qızı Hüseyn açıq elan edərək qonaq spikerləri təqdim etmək üçün sözü kafedranın baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Yasəmən Abasovaya verdi. Azərbaycan Beynəlxalq Bankının Transformasiya Ofisinin İnnovasiya üzrə meneceri Hamlet Məmmədov transformasiya və müasir idarəetmə metodları, Azərşəkər MMC insan resursları və inzibati işlər üzrə Bünyətzadə Ayan İnsan resurslarının idarəedilməsində müasir tendensiyalar və milli xüsusiyyətləri, Starbridge Suites Baku baş meneceri Fərid İsmayılov böhran zamanı otel biznesinin üzləşdiyi problemlərin idarəedilməsi, Meridian Boutique Hotelin baş meneceri turizm və qonaqpərvərlik sahəsi üzrə consaltinq xidmətlərinin təşkili, Gəncə regional Turizm İnformasiya Mərkəzinin direktoru Zaur Bayramov turizm destinasiya mərkəzlərinin idarəedilməsi, Toxum Platformasının təsisçisi Toğrul Vəliyev sosial sahibkarlıq layihələrinin idarəedilməsi və kraudfandinqin təşkili ilə bağlı çıxış etdilər.