SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.06.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 209
"Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri" mövzusunda onlayn təlim keçirilib

01 iyun 2021-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Marketinq” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayeva,  Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə  prorektoru  iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanov, Bakı Biznes Universitetinin Elmi işlər üzrə prorektoru hüquq üzrə fəlsəfə doktoru Məleykə Abbasova və Bakı Biznes Universitetinin Tədris işləri üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Xatirə Əzizovanın birgə təşkilatçılığı ilə “Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri” mövzusunda onlayn təlim-seminar keçirilmişdir.

Təlim-seminarda Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ATMU-nun Marketinq kafedrasının dosenti Elçin Süleymanov tədqiqat mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması, elmi tədqiqat bazalarında profil açmanın faydalarından detallı danışıb. Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazarlardakı mövcud vəziyyətinə münasibət sərgiləyib.       

“Elmi-tədqiqat fəaliyyətinin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri” mövzusuna həsr olunan təlim-seminarda “Web of Science Clarivate” bazasından elmmetrik və Scopus verilənlər bazalarından effektiv istifadə, Google akademik hesabın açılması, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlili, İmpact faktorlu elmi jurnallarda məqalə standartları, təqdiqat problemlərinin qoyuluşunda başlıca amil göstəriciləri diqqətdə saxlanılmaqla, nəzəri-praktiki- siyasi əhəmiyyətindən bəhs edilib.