SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
01.07.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 95
ATMU-da "Narkotiklər haqqında həqiqəti öyrənək" adlı onlayn tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı onlayn tədbir keçirilib.

Rektor öz giriş-nitqində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daim gündəmdə saxlanılması və hüquq-mühafizə orqanlarından bu sahədəki fəaliyyətlərini dəyərləndirib daha da gücləndirilməsi tələbi Azərbaycanın qətiyyətli mövqeyinin konkret göstəricilərindən biridir. Narkomaniyanın insan sağlamlığına zərərləri, onun fəsadlarına münasibət sərgiləyən İ.Mədətov iştirakçıların diqqətinə çatdırdı: – ATMU narkotik vasitələrin ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində dövlətimizin bu sahədəki siyasətini tam dəstəkləyir, siz gənclərin bu bəladan uzaq durmaları üçün bütün imkanlarını səfərbər etməkdə maraqlıdır.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirən uyğun icra mexanizminin əhəmiyyətindən danışdı. Həmçinin yeniyetmə və gənclərin sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

Tədbirə qatılanlar narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu, cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına təsir imkanlarını, genefondun tənəzzülü və digər mənfi hallara gətirib çıxardığını tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

MsTeams proqramında təşkil olunan tədbirin sonunda Səhiyyə Nazirliyinin “Riskin azaldılması” layihəsinin Sumqayıt şəhəri üzrə koordinatoru, narkomaniya üzrə ekspert Emil Maqalov, psixologiya üzrə fəlsəfə doktoru, dosent Vasif Muradzadə narkotik vasitələrdən istifadənin fəsadları haqqında danışdılar. Eyni zamanda mövzuya dair tələbələrin çoxsaylı suallarını cavablandırdılar.