13.07.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 161
Magistratura pilləsi üzrə sənəd qəbulu

2021/2022-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə magistratura pilləsi üzrə qəbul olan tələbələrin nəzərinə!

Azərbaycan Turizm və Menecment Universitetində 2021/2022-ci tədris ili üçün sənəd qəbulu https://portal.edu.az/ vasitəsilə 13 iyul saat 12:00-dan 22 iyuladək ONLAYN qaydada aparılacaqdır.

Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilmişdir:

https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146-5 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür. 

PORTALDA QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  • Şəxsiyyət vəsiqəsinin FİN kodu;
  • Ali təhsil haqqında sənəd və onun əlavəsi;
  • Sağlamlıq haqqında arayışın surəti;
  • İlkin hərbi qeydiyyat haqqında sənədin surəti;
  • Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əsli;
  • Aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olan Təhsil haqqından azad olunan tələbələrin müvafiq sənədləri

TƏHSİL HAQQINDAN AZAD OLUNAN TƏLƏBƏLƏRDƏN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;

“Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;

2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti

Qeyd: 18 yaşı tamam olan tələbələr şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininTibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq

1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;

2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti.

Qeyd: Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir. Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:

1. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti; (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır.).