SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.07.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 333
ATMU və Polşanın Varşava Həyat Elmləri Universiteti çoxtərəfli əməkdaşlıqda maraqlıdır

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti ikitərəfli əməkdaşlığa dair Anlaşma memorandumu ilə bərabər, daha bir sənədə - tələbə mübadiləsinə dair razılaşma müqaviləsinə imza atıblar. Uyğun sənəddə tələbə mübadiləsi, birgə təhsil proqramları və tədqiqat layihələrinin genişləndirilməsi təklifləri əksini tapıb. Anlaşma memorandumunun şərtlərinə əsasən tərəfdaş universitetlər 2021/2022-ci tədris ilindən tələbə mübadiləsinə başlayacaqlar. Həmçinin, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Polşanın Varşava Həyat Elmləri Universiteti əməkdaşlığın digər formalarını da inkişaf etdirməkdə maraqlıdır.