
ATMU-nun dəyərli tələbə və məzunları!
12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir. 12-16 noyabr tarixlərində Bakıda reallaşacaq festivala filmlərin qəbulu 25 avqusta kimi davam edəcək.
Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.
Yerli müsabiqədə nominasiyalar:
“Ən yaxşı bədii film”;
“Ən yaxşı sənədli film”;
“Ən yaxşı animasiya filmi”;
“Ən yaxşı sosial çarx”.
Qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək.
Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN təşkil edir.
Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək.
Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq.