Azərbaycan Turizm və Menecment Universiteti “Dillər” kafedrası üzrə kafedra müdiri vəzifəsinə müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1.Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına ərizə;
2.Kadrları uçotunun şəxsi vərəqəsi;
3.Tərcümeyi-hal;
4.Ali təhsil, alimlik dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri;
5.Elmi və elmi-metodiki işlərin siyahısı;
6.Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması;
7.3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;
8.Şəxsiyyət vəsiqəsinin və Dövlət sosial sığorta şəhadətnaməsinin surəti.
Sənədləri bir ay ərzində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-17:00 arası Azərbaycan Turizm və Menecment Universitetinin Ümumi şöbəsinə təqdim etmək lazımdır.
Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küç, 822/23-cü məhəllə, otaq 103
Müraciət üçün son tarix: 10 oktyabr 2021-ci il
Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Azərbaycanca