01.10.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 54
Polşanın Varşava Həyat Elmləri Universitetində mübadilə proqramı

Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsində Menecment üzrə təhsil alan II və III kurs tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində Polşanın Varşava Həyat Elmləri Universitetində təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər.

İndiki mərhələdə tələb edilən sənədlər:

- CV (İngilis dilində);

- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər) və İngilis dili tərcüməsi də əlavə olunmalıdır;

- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);

- Tövsiyə məktubu (ingilis dilində yazılmalıdır). 

Maliyyə şərtləri:

- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır.

- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.

Qeyd:  Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az  e-mail ünvanına göndərməlidir. Uğurlu namizədlər müsahibəyə dəvət ediləcək və müsahibə ingilis dilində aparılacaqdır.

Qeyd:  Dərs əvəzlənməsi ediləcəkdir ( Bütün fənlərin əvəzlənməmə ehtimalı mövcuddur)

Son müraciət tarixi: 06 oktyabr 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.