SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.10.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 46
ATMU təhsil sahəsində mövcud əlaqələri genişləndirir

11 oktyabr 2021–ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi ilə görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov cənab səfirlə söhbətində universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və digər məsələlərə aydınlıq gətirib. Söhbət əsnasında hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi diqqətdə saxlanılıb.

Rektor İ.Mədətov tərəfindən səmimi qarşılanan və ali təhsil müəssisəsi haqqında ətraflı məlumat alan səfirliyin təmsilçiləri isə eyni zamanda ATMU–nun turizm ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüblər. İştirakçılara Macarıstanın turizm potensiaslı və ölkənin təhsil təqaüdləri haqqında məlumat verilib.

Cənab səfirin ali təhsil ocağına ilk gəlişi zamanı razılaşdırılan təklif və gözləntilərə cavab olaraq Macarıstan Respublikasının Debreçen universiteti ilə ATMU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd etmək lazımdır ki, böyük elçinin universitetə səfəri təhsil sahəsində mümkün əlaqələrin daha da gücləndirilməsi amilinə söykənir.