14.10.2021
Beynəlxalq əlaqələr şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 37
Latviyanın Turiba Universitetində mübadilə proqramı

Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin bakalavr pilləsində Menecment, Marketinq, Maliyyə və Mühasibat ixtisasları üzrə  təhsil alan II kurs tələbələri və magistratura pilləsinin Menecment və Turizmin iqtisadiyyatı ixtisasları üzrə təhsil alan I kurs tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində Latviyanın Turiba Universitetində təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər.

İndiki mərhələdə tələb edilən sənədlər:

- CV (İngilis dilində);

- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər) və İngilis dili tərcüməsi də əlavə olunmalıdır;

- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);

- Tövsiyə məktubu (ingilis dilində yazılmalıdır).

 Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Maliyyə şərtləri:

- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır;

- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.

Qeyd:  Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az  e-mail ünvanına göndərilməlidir. Uğurlu namizədlər müsahibəyə dəvət ediləcək və müsahibə ingilis dilində aparılacaqdır.

Qeyd:  Dərs əvəzlənməsi ediləcəkdir.

Son müraciət tarixi: 25 oktyabr 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)

Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.