SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
20.10.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 619
Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup əməkdaşı elmi-praktik konfrasda olub

Lənkəran şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın cənub bölgəsinin mətbəx mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. İştirakçılar əvvəlcə Şəhidlər xiyabanını və ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları – p.e.n., dos. N.Quliyev, a.e.ü.f.d., dos. Ç Əliyevin çıxış və məruzələri iştirakçılar tərəfindən razılıqla qarşılanıb. Xatırladaq ki, elmi-ptaktik konfransın gündəliyinə ATMU-nun adıçəkilən kafedrasının b/m H.Məmmədova, müəllimlər E.Qurbanov və S.Qasımovanın da məqalələri daxil idi.

Tədbir Lənkəran mətbəxinə aid nümunələrin dequstasiyası və müzakirəsi çərçivəsində başa çatıb.