
İtaliyanın Cagliari Universitetində mübadilə proqramı
Azərbaycan Turizm və Menecment Universitetinin magistr dərəcəsində Menecment ixtisası üzrə təhsil alan I kurs tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində İtaliyanın Cagliari Universitetində təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər.
İndiki mərhələdə tələb edilən sənədlər:
- CV (İngilis dilində);
- Qiymət cədvəli (Qeydiyyat bölməsindən əldə olunan bilər) və İngilis dili tərcüməsi də əlavə olunmalıdır;
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);
- Tövsiyə məktubu (ingilis dilində yazılmalıdır).
Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Maliyyə şərtləri:
- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır
- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.
Uğurlu namizədlər müsahibəyə dəvət ediləcək və müsahibə ingilis dilində aparılacaqdır.
Qeyd: Dərs əvəzlənməsi ediləcəkdir
Son müraciət tarixi: 05 noyabr, 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)
Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.