SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.10.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 650
ATMU-da “Ümumi Bank və İnsan Resurslarının İdarə olunması” mövzusunda təlim keçirilib

Bu gün (28.10.2021 tarixdə) Azərbaycan Turizm və Menecment Universitetində Bank Respublikanın məsul işçiləri tərəfindən“Ümumi Bank və İnsan Resurslarının İdarə olunması” mövzusunda keçirilən təlim faydalı olub. İşgüzar görüş çərçivəsində Bank Respublikanın sturuktur rəhbərləri-İnsan Resursları Departamentinin rəhbəri Ayan Buniyat-zadə və Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova ATMU tələbələrinə ustad dərsləri keçiblər.

Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova “Ümumi Bank işi” mövzusuna həsr olunan çıxışında Bank Respublikanın fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlərdən söz açdı. Bank işinin incəliklərinə toxunan Jalə xanım, eyni zamanda tələbələrin mövzuya dair çoxsaylı suallarını da ətraflı cavablandırdı.

Təlimin 2-ci hissəsində söz İnsan Resursları Departamentinin rəhbəri Ayan Buniyat-zadəyə verildi. İnsan resurslarının idarə olunması,peşəkar yazı üslubu və mükəmməl səviyyəli CV-lərin hazırlanma mexanizmi haqqında detallı bilgi verən Ayan xanım , tələbələrin gələcək həyatında, xüsusilə işəqəbul prosesində deyilənlərin faydalı olacağını dedi.

Təlimin sonunda təşkilatçılar tərəfindən tələbə və məzunlardan ötrü təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. məsələlərlə bağlı davamlı tədbirlərin təşkili qərarına gəlindi.

Azərbaycan Turizm və Menecment Universitetində keçirilən tədbirdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və 1 və 3-cü kurs tələbələri iştirak ediblər.