SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.11.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 90
Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində Dillər kafedrasının təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. ATMU-nun rektoru İlham Mədətov ustad aşığın yaradıcılığında qələmə aldığı milli-mənəvi dəyərlərin yaşadılmasının vacibliyindən danışmış və qeyd etmişdir ki, Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı imzaladığı sərəncam onun irsini silinməz tarixi yaddaş rəmzi kimi yaşatmaqda vəsilə olacaqdır.

Tədbirdə Dillər kafedrasının dosenti, f.ü.e.d. Ağaverdi Xəlilov, baş müəllim Almaz Zöhrabova və müəllim Mehriban Allahquluyeva Aşıq Ələsgər yaradıcılığı haqqında maraqlı məruzələrlə çıxış etmişlər. Universitetimizin müxtəlif ixtisaslarının tələbələri sazın müşayiəti ilə Aşıq Ələsgərin yaradıcılığından nümunələr təqdim etmişlər. Tədbirdə qonaq kimi iştirak edən ustad aşıq, f.ü.f.d. Altay Məmmədli gözəl ifası ilə iştirakçıları məmnun etmişdir.