
Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr dərəcəsində Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələri 2021/2022-ci tədris ilinin yaz semestrində Latviyanın Turiba Universitetində təhsil almaq üçün mübadilə proqramına müraciət edə bilərlər.
İndiki mərhələdə tələb edilən sənədlər:
- CV (İngilis dilində);
- Motivasiya məktubu (1-2 səhifə olmalı, ingilis dilində yazılmalı);
- Pasport;
- Şəkil 3x4 ölçüdə, jpg.
Maliyyə şərtləri:
- Tələbə yaşayış xərclərini (yaşama, səyahət, qidalanma, sığorta, viza) özü qarşılamalıdır.
- Heç bir təhsil haqqı ödənişi tələb olunmur.
Tələb olunan sənədlər skan edilib international@atmu.edu.az elektron poçt ünvanına göndərilməlidir, həmçinin 10-12 noyabr tarixlərində (10 am - 5.30 pm) ATMU-nun Beynəlxalq Əlaqələr şöbəsinə gəlməklə onlayn ərizə formasını doldurmalıdırlar.
Qeyd: Dərs əvəzlənməsi ediləcəkdir
Son müraciət tarixi: 12 noyabr 2021-ci il (Beynəlxalq əlaqələr şöbəsi)
Tələbələrin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 122) telefon nömrəsi və ya international@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərlər.