10.11.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 154
“Startup və layihələrin maliyyələşməsində innovativ üsul – Kraudfandinq” movzusunda təlim

Hörmətli tələbələr,

Menecment kafedrası Biznes İdarəçiliyi fakültəsinin tələbələri üçün 11 noyabr, saat 11:00-da “Startup və layihələrin maliyyələşməsində innovativ üsul – Kraudfandinq” mövzusunda Toxum.org platformasının həmtəsisçisi Toğrul Vəliyev tərəfindən təlim təşkil edəcəkdir.

Təlim nəticəsində tələbələr:

- Kraudfandinq nədir;
- Kraudfandinqin tarixi və necə və nə üçün yarandı;
- Kraudfandinqin növləri;
- Azərbaycanda Kraudfandinq;

- Startup və layihələrin maliyyələşməsində kraudfandinqin rolu;

- Kraudfandinq marketinq aləti kimi və s. öyrənəcəklər.

Qeyd: Təlim ATMU-nun əsas tədris binasının 407-ci otağında keçiriləcək.